Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serbiyalı nazir: Belqrad-Bakı aviareysi Azərbaycan-Serbiya strateji tərəfdaşlığında yeni mərhələdir

03.05.2026 [20:58]

Xəbərin mətni

Belqrad və Bakı arasında ilk birbaşa aviareysin açılması Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən önəmli hadisədir. AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç jurnalistlərə açıqlamasında bildirib.