Çin holdinqinin nümayəndəsi: Azərbaycan bazarı qabaqcıl aqrar-sənaye texnologiyalarının tətbiqi potensialına malikdir
05.05.2026 [16:05]
Xəbərin mətni
Azərbaycan bazarı aqrar-sənaye kompleksində qabaqcıl texnologiyaların tətbiqi üçün böyük potensiala malikdir. Bu barədə Çinin “Famsun” sənaye holdinqinin nümayəndəsi Yevgeni Potibenko “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.