Məcnun Məmmədov: Ölçülməyən resursun effektiv idarə olunması mümkün deyil
06.05.2026 [12:43]
Xəbərin mətni
Qida təhlükəsizliyi baxımından kənd təsərrüfatının inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin bir hissəsi artıq məlumdur və idarə oluna bilir. Bununla belə, iqlim dəyişiklikləri, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslər, xüsusilə Körfəz regionu və Ukrayna ətrafında müşahidə olunan gərginliklər ciddi çağırışlar yaradır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.