Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Ötən il fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib

06.05.2026 [14:11]

Xəbərin mətni

2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib. Bunu 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.