Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Zəngəzur dəhlizi də regional əlaqəliliyin gücləndirilməsində mühüm rol oynaya bilər

06.05.2026 [16:51]

Xəbərin mətni

Son illər qlobal təchizat zəncirlərində baş verən fasilələr səmərəli, dayanıqlı və koordinasiyalı nəqliyyat dəhlizlərinin qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bir daha təsdiqləyib. Bu sözləri Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.