Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür
06.05.2026 [21:20]
Xəbərin mətni
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edən ölkə kimi gördüyü işlər olduqca əhəmiyyətlidir. Çünki Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik. AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mediasına müsahibəsində bildirib.