Aqrar İnnovasiya Mərkəzinin direktoru: “Caspian Agro Week”i 51 bölgədən minədək fermer ziyarət edib
07.05.2026 [13:42]
Xəbərin mətni
Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ölkəmizin 51 bölgəsindən minədək fermer ziyarət edib. AZƏRTAC xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov III Beynəlxalq Aqrar İnnovasiya Forumundakı çıxışı zamanı deyib.