Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı

07.05.2026 [21:13]

Xəbərin mətni

Bu gün xüsusi gün oldu. Çünki “Hökumət” və “Parlament” komandaları yoldaşlıq görüşündə mübarizə apardılar. Çox maraqlı və gərgin oyun alındı, qarşılaşma 6:6 hesablı heç-heçə ilə yekunlaşdı. Bu matç turnirə xüsusi rəng qatdı. AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turniri barədə danışarkən deyib.