Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Fərəcov: “Dərnəgül” dəmiryolu stansiyasında illik sərnişin sayının 500 minə qədər artırılması nəzərdə tutulur

08.05.2026 [10:24]

Xəbərin mətni

“Dərnəgül” dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov “Dərnəgül” dəmiryolu stansiyasının açılışına həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.