Şahin Bağırov: Ağbənd keçid məntəqəsi üzrə işlərin yaxın müddətdə tamamlanması nəzərdə tutulur
08.05.2026 [13:06]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri çərçivəsində gömrük infrastrukturunun inkişafı istiqamətində də mühüm addımlar atılır. Bu ərazilərdə gömrük nəzarətinin təşkili, yüklərin operativ rəsmiləşdirilməsi və keçid imkanlarının artırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.