Monqolustanlı nazir: Azərbaycanla imzaladığımız saziş birbaşa uçuşların açılmasına hüquqi zəmin yaradır
08.05.2026 [16:27]
Xəbərin mətni
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) builki Sammiti Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil olunub. Sammitin belə uğurlu təşkili münasibətilə Azərbaycanı təbrik edirəm. Bu barədə Leypsiqdə Azərbaycanın sədrliyi ilə keçirilən ITF-in İllik Sammitində iştirak edən Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersayxan AZƏRTAC-a və Azərbaycan Televiziyasına açıqlaması zamanı deyib.