ADY sədri: Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlər 72 faiz icra olunub
08.05.2026 [21:26]
Xəbərin mətni
Bu günə qədər Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin 72 faizi icra olunub. 75 kilometr hissəyə dəmir yolu xətti döşənib və il ərzində bu hissənin 85 kilometrə qədər artırılması planlaşdırılır. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.