Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY sədri: Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir - EKSKLÜZİV

08.05.2026 [22:16]

Xəbərin mətni

Həm şəhər daxilində mobilliyin təmin olunması, həm də rayonlararası qatarlarda sərnişinə xidmət göstərmək üçün artıq bir neçə qatarın alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.