Yanq Tae Kim: Azərbaycanın ITF-ə sədrliyi həqiqətən uğurlu oldu və mən bundan çox məmnunam
09.05.2026 [00:02]
Xəbərin mətni
Yadımdadır, Azərbaycan sədrliyə xeyli ambisiya və yaxşı planlarla başlamışdı. Amma bu gün bizim nailiyyətlərimiz çox oldu. Təbii ki, bu elə də asan olmadı. Belə ki, üzv ölkələrlə konsensus yaratmaq üçün gərgin mübarizə apardıq. Amma nəhayət, işlər çox müsbət və səmərəli şəkildə yekunlaşdı. Buna görə də çox məmnunam. Bu barədə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Baş katibi Yanq Tae Kim Azərbaycanın ITF-ə uğurlu sədrliyi barədə AZƏRTAC-a və Azərbaycan Televiziyasına açıqlamasında deyib.