Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar
12.05.2026 [20:29]
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qorunub saxlanılmasında və milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər hər zaman vurğulayırdı ki, öz tarixini dərindən bilən xalq yenilməzdir. Məhz bu ideologiya ilə o, qədim paytaxtımız olan Qəbələnin arxeoloji tədqiqini və tarixi abidə kimi mühafizəsini daim diqqət mərkəzində saxlamışdır. Bu diqqətin nəticəsidir ki, bu gün Qəbələ təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən mühüm tarixi və mədəniyyət mərkəzlərindən biri hesab olunur. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə məxsusi açıqlamasında 40 ilə yaxındır Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasına rəhbərlik edən tarix elmləri doktoru, professor Qafar Cəbiyev söyləyib.