Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti güclü Azərbaycan Ordusunun təməlini təşkil edir
14.07.2026 [22:46]
Xəbərin mətni
İyulun 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-siyasi Sənədlər Arxivinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi – Güclü dövlət, Qalib Ordu, Zəngin mədəniyyət” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunun təqdimatı olub.