Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA-nın sədri: Gömrük prosedurlarının optimallaşdırılması biznes mühitinin inkişafına xidmət edir

13.05.2026 [13:01]

Xəbərin mətni

Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni regionun mühüm logistika və ticarət mərkəzinə çevirmək potensialına malikdir. Sərhədyanı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi biznes mühitinin inkişafına xidmət edir. Dövlət-özəl tərəfdaşlığı isə daha çevik və rəqabətli logistika ekosisteminin formalaşmasına şərait yaradır. Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Şəhərlərdən sərhədsiz ticarət: İxrac və logistika forumu”nda deyib.