Daşkənddə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib
13.05.2026 [15:19]
Xəbərin mətni
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Daşkənd şəhərində konsert proqramı təşkil olunub. Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib.