Sərxan Nəciyev: Festival yerli animatorların beynəlxalq arenaya çıxışını təmin edir
13.05.2026 [22:34]
Xəbərin mətni
Bu festival Azərbaycanda keçirilən ilk beynəlxalq animasiya festivalıdır və 2018-ci ildən etibarən təşkil olunur. Builki festival 9-cudur. Festival çərçivəsində nümayişlər, master-klasslar və müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının icraçı direktoru Sərxan Nəciyev deyib.