Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi üçün mühüm platformadır

15.05.2026 [14:55]

Xəbərin mətni

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi mühüm diplomatik nailiyyətdir. Bu tədbir yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq diplomatik şəbəkəsinin genişlənməsi baxımından da əhəmiyyətlidir. COP29 prosesində olduğu kimi, Azərbaycan bu platforma vasitəsilə yeni tərəfdaşlar və dostlar qazanır, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu, həm diplomatik gündəliyimizin, həm də xarici siyasət prioritetlərimizin inkişafına töhfə verir. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin dövlət və xarici əlaqələr üzrə prorektoru Fariz İsmayılzadə Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI