Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır
16.05.2026 [15:59]
Xəbərin mətni
Azərbaycanın QHT Agentliyi son yeddi ay ərzində ikinci dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun təşkilatçısı olmaqdan şərəf duyur. Minnətdarıq ki, platformaya ilk rəhbərlik Azərbaycana həvalə edilib. Platformanın daimi qərargahı Bakı şəhərində yerləşir. AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib.