Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sadır Japarov: WUF13 urbanizasiya və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır

18.05.2026 [17:08]

Xəbərin mətni

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır. Bu mühüm forumun ən yüksək səviyyədə təşkilinə, həmçinin səmimi qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI