Azərbaycan Dövlət İnformasiya Agentliyi

Etnik xalqların Ümum-Ukrayna Forumunda Azərbaycan diasporu milli stendlərimizlə təmsil olunub

22.05.2026 [11:31]

Xəbərin mətni

Kiyevdə Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümum-Ukrayna Forumu keçirilib. Azərbaycan diasporu bu forumda iki milli stendlə təmsil olunub. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində ölkədə ikinci dəfə milli səviyyədə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” qeyd olunub. Bu bayram Ukrayna Prezidentinin 2024-cü il 27 dekabr tarixli Fərmanı ilə təsis edilib. Bayramın məqsədi ölkədə yaşayan bütün milli icmaların və yerli xalqların unikal dəyərlərinin tanınması və ümumi Ukrayna mədəniyyətinin zənginləşdirilməsidir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI