Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır

26.05.2026 [18:31]

Xəbərin mətni

Beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən Azərbaycanın qlobal miqyasda nüfuzu hər ötən gün daha da artır. Xüsusilə postmünaqişə dövründə ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası - WUF13 kimi mühüm beynəlxalq tədbirlərlə dünyanın diqqət mərkəzində oldu. Təxminən 60 min iştirakçı sayı ilə Bakıda keçirilən WUF13 ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü.

BÖLMƏNİN DİGƏR VİDEOLARI