Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır

26.05.2026 [21:20]

Xəbərin mətni

İnfrastrukturun inkişafı əmlakın uzunmüddətli dəyərini və “Sea Breeze” layihəsinin investisiya cəlbediciliyini təmin edən əsas amillərdən biridir. Sahil xəttinin genişmiqyaslı kurort ərazisi kimi inkişaf etdirilməsi ideyası layihənin həyata keçirilməsindən çox əvvəl ortaya çıxmışdı. AZƏRTAC xəbər verir ki, bu açıqlamanı “Agalarov Development” şirkətinin prezidenti və “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında verib.