Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü

27.05.2026 [17:06]

Xəbərin mətni

Yaz fəslində Azərbaycanın bölgələri sanki rəssam fırçasından çıxmış canlı tabloya çevrilir. Xüsusilə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun İsmayıllı rayonundan keçən hissəsində uzanan yaşıl taxıl zəmilərinin arasından boylanan al-qırmızı lalələr əraziyə fərqli bir gözəllik bəxş edir.