Azərbaycan Dövlət İnformasiya Agentliyi

23 ay yaşasa da, silinməz izlər qoydu...

28.05.2026 [12:00]

108 il bundan öncə - 1918-ci il mayın mayın 28-i... Azərbaycan xalqının taleyində yeni bir səhifənin açıldığı gün. Məhz həmin tarixdə Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Beləliklə, Azərbaycan müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Parlament,  hökumət, milli ordu formalaşdırıldı, dövlət atributları təsis edildi. Qadınlara seçki hüququnun verilməsi isə həmin dövr üçün dünyanın bir çox ölkəsini qabaqlayan mühüm demokratik addım oldu.