Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda

28.05.2026 [20:14]

Xəbərin mətni

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə aqrar sahənin yeni inkişaf mərhələsi əsas müzakirə mövzusu oldu. Bildirildi ki, kənd təsərrüfatının inkişafı artıq yalnız istehsal deyil, həm də ərzaq təhlükəsizliyi, regionların inkişafı və sosial rifah məsələsidir. Yeni Dövlət Proqramı da məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və ixrac imkanlarının genişləndirilməsini hədəfləyir.