Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq

29.05.2026 [17:35]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə digər sahələrlə yanaşı, mədəniyyət müəssisələrinin, mədəni abidələrin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə, zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.