“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj
30.05.2026 [15:35]
Xəbərin mətni
Şuşa rayonunun Böyük Qaladərəsi kəndi... Böyük Qayıdışın gerçəkləşdiyi ünvanlardan biri. Dağların qoynunda, zümrüd meşələrin əhatəsində yerləşən kənd aparılan bərpa-quruculuq işləri ilə daha da gözəlləşib, doğma sakinlərini qoynuna alaraq yenidən canlanıb.