Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Abdullayev: Metan emissiyalarının azaldılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir

01.06.2026 [18:43]

Xəbərin mətni

Hazırda metan emissiyalarının azaldılması üçün bir sıra alətlər və metodologiyalar müəyyən etmişik. Bu metodologiyaların tətbiqi yalnız müasir texnologiyaların köməyi ilə mümkündür. Bu baxımdan neft-qaz sənayesinə texnoloji həllər təqdim edən şirkətlərin rolu böyük olur. AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.