MƏDƏNİYYƏT


Rəşid Behbudov 100: Sənətkarın xatirəsi Fəxri xiyabanda anılıb

Xəbər verdiyimiz kimi, dekabrın 14-ü SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun 100 yaşı tamam olur. Bu münasibətlə unudulmaz sənətkarın yaxınları, sənət dostları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək onu ziyarət edib, məzarı önünə tər güllər düzüblər.