Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır

01.06.2026 [19:24]

Xəbərin mətni

Son illərdə dekarbonizasiya yanaşması SOCAR-ın gündəlik əməliyyatlarına inteqrasiya olunur və bu yanaşma artıq şirkət daxilində adi biznes fəaliyyəti kimi qəbul edilir. AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusunda keçirilən paneldə çıxışı zamanı bildirib.