Azərbaycan Dövlət İnformasiya Agentliyi

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır

01.06.2026 [20:12]

Xəbərin mətni

Metan qazı iqlimə karbondan daha çox zərər vurur və bu emissiyanın azaldılması qarşıda duran ən vacib məsələlərdən biridir. İqlimə mənfi təsir göstərən qazların tullantısının azaldılması üçün texnologiya şirkətlərinə sərmayə yatırılması lazımdır. Bu gün texnoloji araşdırmalara sərmayə yatırılır. Lakin bu sərmayə çox azdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Mühəndislik və Texnologiya İnstitutunun (Institution of Engineering and Technology - IET) emissiyaların azaldılması üzrə strateji təşəbbüslərinin rəhbəri Soumaya Tebbi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) çərçivəsində təşkil olunan “Upstrem əməliyyatlarında emissiyaların azaldılması: praktik yanaşmalar - metan emissiyasının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" mövzusundakı panel müzakirəsində çıxışı zamanı bildirib.