Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır
01.06.2026 [21:40]
Xəbərin mətni
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdə çıxışı zamanı deyib.