Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

01.06.2026 [21:42]

Xəbərin mətni

İqlim məsələsi artıq yalnız ətraf mühitlə bağlı bir məsələ deyil. Bu, eyni zamanda, iqtisadi inkişafın dayanıqlılığını təmin edən, geosiyasi sabitliyi gücləndirən və yeni enerji tərəfdaşlıqlarının formalaşmasına şərait yaradan strateji bir prosesdir. AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdə çıxışı zamanı deyib.