Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir
01.06.2026 [21:43]
Xəbərin mətni
Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) tərəfindən irəli sürülmüş APRECA (Mərkəzi Asiya üçün Bərpaolunan Enerjidə Sürətləndirilmiş Tərəfdaşlıq proqramı) təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpaolunan enerji və kritik minerallar sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Baku Enerji Forumu çərçivəsində “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdəki çıxışında deyib.