Azərbaycan Dövlət İnformasiya Agentliyi

bp Azərbaycanda mürəkkəb geoloji şəraitdə hasilat üçün yeni texnologiyaların tətbiqini genişləndirir

02.06.2026 [12:40]

Xəbərin mətni

bp Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi və hasilatın artırılması məqsədilə investisiyalarını davam etdirir. Mövcud ehtiyatların maksimum səmərəliliklə işlənilməsi üçün qazma proqramlarını davam etdirir və yeni layihələrə sərmayə yatırır. Bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.