INPEX: Azərbaycanla tərəfdaşlıq uzunmüddətli enerji strategiyamızın mühüm hissəsidir
02.06.2026 [13:13]
Xəbərin mətni
Azərbaycanla tərəfdaşlıq INPEX-in uzunmüddətli enerji strategiyasında mühüm yer tutur. Bu sözləri INPEX-in Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.