Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Enerji səmərəliliyi sahəsində özəl sektorun iştirakı vacibdir

02.06.2026 [13:58]

Xəbərin mətni

Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumu həftəsi çərçivəsində keçirilən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.