Elnur Soltanov: Enerji səmərəliliyinin artırılması üçün maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir
02.06.2026 [14:00]
Xəbərin mətni
Enerji səmərəliliyinin artırılması Azərbaycanda enerji keçidinin əsas istiqamətlərindən biri hesab olunur. Bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi və enerji səmərəliliyi mexanizmlərinin tətbiqi üzərində iş aparılır. Bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.