Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəriman Şahsuvar: Bərpaolunan energetika ehtiyat mənbələrdən bütün tələbatı etibarlı şəkildə təmin edə bilməz

02.06.2026 [14:32]

Xəbərin mətni

Bərpaolunan enerji mənbələri energetika keçidində mühüm rol oynayır, lakin ehtiyat generasiya mənbələri olmadan artan enerji tələbatını müstəqil və sabit şəkildə təmin edə bilməz. Bu fikri Bakı Enerji Həftəsinin “Cənub Qaz Dəhlizi: Energetika təhlükəsizliyi və regional əməkdaşlıq” adlı sessiyasında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Marketinqi Departamentinin rəhbəri Nəriman Şahsuvar ifadə edib.