Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR: Resursların olması öz-özlüyündə miqyaslı energetika layihələrinin reallaşdırılmasına təminat vermir

02.06.2026 [15:28]

Xəbərin mətni

Resursların olması öz-özlüyündə miqyaslı energetika layihələrinin reallaşdırılmasına təminat vermir. Bunun üçün siyasi iradə, alıcılar tərəfindən uzunmüddətli öhdəliklər və maliyyə institutlarının dəstəyi tələb olunur. Bu barədə Bakı Enerji Həftəsinin “Cənub Qaz Dəhlizi: Energetika təhlükəsizliyi və regional əməkdaşlıq” adlı sessiyasında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Marketinqi Departamentinin rəhbəri Nəriman Şahsuvar bildirib.