İrina Lobojevski: Azərbaycandakı tərəfdaşlarla əlaqələrimizi genişləndirməyə çalışırıq
02.06.2026 [15:55]
Xəbərin mətni
Azərbaycan bazarı çox genişdir və biz buradakı tərəfdaşlarımızla işləməkdən məmnunuq. Hər il Azərbaycan şirkətlərində sifarişlər alaraq yüklərini vaxtında mənzil başına çatdırırıq. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən Belarusun “Redbriar” nəqliyyat şirkətinin aparıcı meneceri İrina Lobojevski deyib.