“Bahar Energy Operating”: Yeni texnologiyaların tətbiqində insan amili əsas rola malikdir
02.06.2026 [16:41]
Xəbərin mətni
Müasir texnologiyaların uğurlu tətbiqi təkcə texniki həllərdən deyil, həm də insanların və korporativ mədəniyyətin dəyişikliyə hazırlıq səviyyəsindən asılıdır. Bu barədə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Yataqların işlənməsi üzrə yeni layihələr: müasir texnologiyaların tətbiqi təcrübəsi” adlı sessiyada çıxış edən “Bahar Energy Operating” şirkətinin Performans və texnologiyalar departamentinin direktoru Orxan Hüseynov bildirib.