Azərbaycan Dövlət İnformasiya Agentliyi

“PetroCouncil”in rəhbəri: Qazaxıstan neftin BTC kəməri ilə nəqlini artırmaq niyyətindədir

02.06.2026 [17:36]

Xəbərin mətni

Qazaxıstan Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə neft nəqlinin həcmini 2025-ci ildə 1,3 milyon tondan 2026-cı ildə azı 1,6 milyon tona çatdırmağı planlaşdırır. Bu barədə “PetroCouncil” Neft və Qaz Şurasının (Qazaxıstan) Rəyasət Heyətinin sədri Rzabek Artıqaliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Nəqliyyat dəhlizlərinin inkişafı: “Şimal-Cənub” və Orta Dəhliz” adlı panel sessiyasındakı çıxışında bildirib.