Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir

02.06.2026 [18:09]

Xəbərin mətni

Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 10-dan çox ölkəsinə sabit qaz təchizatı həyata keçirilir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ciddi təhdidlərlə üzləşdi. Azərbaycanın bu bazardakı payı böyük olmasa da, etibarlı və dayanıqlı tərəfdaş kimi mühüm rol oynayır. Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.