Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir

02.06.2026 [18:18]

Xəbərin mətni

Qlobal enerji bazarında qeyri-müəyyənliklərin artdığı şəraitdə çeviklik, coğrafi şaxələndirmə və innovativ texnologiyaların tətbiqi enerji şirkətləri üçün əsas üstünlüklərə çevrilib. AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın enerji şirkəti “Eni”nin kəşfiyyat və hasilat üzrə direktoru Luka Vinati Bakı Enerji Forumu çərçivəsində keçirilən “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika” adlı sessiyada çıxışı zamanı deyib.