“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir
02.06.2026 [18:19]
Xəbərin mətni
Enerji əlaqələrinin genişləndirilməsi və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlığın gücləndirilməsi əsas şərtlərdəndir. AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Biznes və Layihələrin İnkişafı üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda “Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya” adlı sessiyada çıxışı zamanı deyib.