Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amritsar hadisələrində zərərçəkənlər hələ də ədalətin bərqərar olmasını gözləyirlər

03.06.2026 [14:31]

Xəbərin mətni

O gün minlərlə siqh zəvvar müqəddəs dini gün münasibətilə Qızıl Məbədə dua və ibadət üçün getmişdi. Lakin həmin vaxt Hindistan hökuməti məbədə və digər onlarla ibadət məkanına hərbi əməliyyat həyata keçirdi. Oradakı insanların böyük əksəriyyəti siyasətlə əlaqəsi olmayan adi zəvvarlar - analar, atalar, uşaqlar və yaşlı insanlar idi. Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniya Siqh Federasiyasının üzvü Suxvinder Sinqh söyləyib.